Liderlər Lavrovla şəkil çəkdirməkdən imtina ediblər
15.11.2022
Balidə G20 sammiti başlamazdan əvvəl ənənəvi qrup şəkli təxirə salınıb.
"DM" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Qeyd edilir ki, İndoneziya hökumətinin sözçüsü ABŞ və Avropa liderlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina etdiyi üçün qrup şəklinin çəkilməsinin təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, G20 sammiti 15-16 noyabr 2022-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilir.
Rusiyanı tədbirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edir.