Aİ xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər
14.11.2022
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.
Bu barədə bazar ertəsi DPA agentliyi Brüsseldəki adı açıqlanmayan bir neçə diplomata istinadən xəbər yayıb.
Məlumatda bildirilib ki, məhdudlaşdırıcı tədbirlər İranda insan hüquqlarının vəziyyətinə cavabdeh olan şəxslər və təşkilatlara aiddir. Agentlik qeyd edib ki, qərar yekdilliklə qəbul edilib.
Bundan əvvəl Aİ İranın əxlaq polisləri də daxil olmaqla 11 fiziki şəxsinə və 4 qurumuna qarşı sanksiyalar tətbiq edib.