21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Eldar Həsənovun ailə üzvlərinin hansı əmlakları geri qaytarılıb?

14.11.2022

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın geri qaytarılan əmlaklarının siyahısı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Ali Məhkəmə tərəfindən geri qaytarılan əmlaklar bunlardır:

- Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;

- Abşeronda yerləşən 106 kvadratmetr sahəsi olan 5 nömrəli mənzil;

- Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 hektar torpaq;

- Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kvadratmetr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kvadratmetr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar;

- Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kvadratmetr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi.

Qərarda qeyd edilib ki, həmin əmlakların xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.