Pompeo ilə Ərdoğanın 35 DƏQİQƏLİK GÖRÜŞÜ
17.10.2018
ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə gəlib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Pompeonun Türkiyə səfərinin əsas məqsədi jurnalist Camal Qaşıqçı hadisəsidir.
Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Mayk Pompeo Donald Trampın əmri ilə Səudiyyə Ərəbistanına səfər edərək bu ölkənin kralı və bir sıra yüksəkçinli dövlət rəsmiləri ilə görüşlər keçirmişdi.
***
ABŞ Dövlət katibi Mark Pompeo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş Ankaradakı Əsənboğa hava limanında keçirilib.
35 dəqiqə davam edən görüşdə Ərdoğan və Pompeo ilə yanaşı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də iştirak edib.
Görüşdən əvvəl Ərdoğanla Pompeonun itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müzakirə aparacaqları bildirilmişdi.