Rusiyanın cənub aeroportlarında uçuş məhdudiyyəti yenidən uzadılır
11.11.2022
Rusiyanın cənubunda yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılır.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, Rosaviasiya 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il noyabrın 21-dək uzadıb. Həmin müddətdə Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanları bağlı qalacaq.
Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.