21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yağış sürüşmə təhlükəsini artırır

17.10.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar.
Gecə saatlarından etibarən yağış yağmağa başlayıb. Hazırda ərazidə duman müşahidə edilir. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə görə, yol istiqamətinə tökülmüş torpaq qatında artım qeydə alınıb.
Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir. Sürüşmə prosesində gərginlik davam edir.