Bayden: Rusiya və Ukrayna qışda özünü bərpa edəcək
10.11.2022
Rus qoşunlarının Dnepr çayının sol sahilinə çəkilməsindən sonra Moskva və Kiyev öz yaralarını sarıyacaq, qışda nə edəcəklərini və kompromislərə hazır olub-olmadıqlarını qərarlaşdıracaq.
"DM" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
ABŞ prezidenti Xersonu Fəllucə (ABŞ ordusunun İraqa hücumu zamanı qanlı döyüşlərin getdiyi şəhər) ilə müqayisə edib:
"Məsələ onların Fəllucəni tərk edib-etməmələridir. Mən Xerson şəhərini nəzərdə tuturam”, - Bayden bildirib.