Prezidentlik uğrunda 25 namizəd
17.10.2018
Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb.
Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib. O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi. Lakin bu günədək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.