Tokayev Səmərqəndə səfər edəcək
09.11.2022
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanın Səmərqənd şəhərində işgüzar səfərdə olacaq.
"DM" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.