Los Ancelesdə Zəfər Günü qeyd olunub
09.11.2022
Azərbaycanın Zəfər Günü Los Anceles şəhərində təntənəli şəkildə qeyd olunub.
Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Məlumata görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın baş konsulu Ramiz Daşdəmirov, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Qarabağın və münaqişənin tarixi, torpaqlarımızın işğal olunması, barədə ilkin olaraq qonaqlara məlumat verib.
Bununla yanaşı, Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, İkinci Qarabağ Müharibəsinin başlaması səbəbləri və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulanıb.
Eyni zamanda Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirilmiş və tədbir iştirakçılarına münaqişədən sonrakı dövrdə Ermənistan tərəfinin törətdiyi təxribalar barədə məlumat verilib.
Tədbirdə, həmçinin Zəfər Günü ilə bağlı hazırlanmış qısa film nümayiş etdirilib. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.