Ramil Şeydayev "Krılya Sovetov"a döndü
16.10.2018
Millimizin Millətlər Liqasındakı oyunları ilə əlaqədər "Krılya Sovetov"un düşərgəsindən ayrılan Ramil Şeydayev yenidən klubuna dönüb.
"Dövran Media" xəbər verir ki, 22 yaşlı forvard Samara təmsilçisinin heyətində Rusiya Premyer Liqasının 11-ci turunda səfərdə "Ural"la keçirəcəyi oyunun bugünkü məşqində iştirak edib.
Qeyd edək ki, sözügedən oyun oktyabrın 19-da baş tutacaq.