21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kostromadakı gecə klubunda yanğın: 15 nəfər ölüb, saxlanılan var -YENİLƏNİB+VİDEO

05.11.2022

Kostromadakı gecə klubunda baş verən yanğında günahlandırılan şəxsin kimliyi məlum olub.

Həmin şəxs 23 yaşlı Stanislav İonkindir. O, müştərilərlə mübahisə edib və tavana ovda istifadə olunan siqnal qurğusundan (fişəng) atəş açdıqdan sonra qaçıb.

Polis onu hadisə yerindən 6 km aralıda saxlayıb.

Klubun qonaqlarına qeyri-qanuni spirtli içkilərin satıldığı da məlum olub. Məhsulların müvafiq lisenziyalarının müddəti altı il əvvəl başa çatıbmış.

Üstəlik, son üç ildə Fövqəladə Hallar Nazirliyi klubda yanğın təhlükəsizliyi ilə bağlı yoxlama keçirməyib.

13:47

Rusiyanın Kostroma şəhərində gecə klubunda baş verən yanğın 15 nəfərin həyatına son qoyub. 60-dan çox xəsarət alan var. Yanğın zamanı binada 200-dən çox adam olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Yanğından sonra insanlar həmin gecə klubunda olan qohumlarını axtarırlar. Onların telefonlarına zəng çatmır.

Kostroma sakini deyir: "Üç nəfəri itirmişik, onlar bizim qohumlarımızdır. İndi şəhər xaos içindədir. Çoxlu itkin düşən insan var. Heç kim məlumat vermir. Ölən və yaralananların siyahısı yoxdur. İki xəstəxanaya getdik, orada bizim adamlar tapılmadılar. Onları harada axtaracağımızı bilmirik. Morqlara da getdik, tapmadıq”.

Sakinlərin dediklərinə görə, "Poliqon” şəhərin təxminən 20 il əvvəl tikilən ən böyük və ən qədim gecə klubu hesab edilir.

Kostroma vilayət dumasının deputatı, "Poliqon” kafesinin sahibi İxtiyar Mirzəyev doğmaları və yaxınları yanğında həlak olan ailələrə maddi yardım edəcək.

"Həlak olanların ailələrinə və yaxınlarına bütün lazımi yardımı göstərəcəyəm. Ailələrə həm maddi, həm də təşkilati dəstək verəcəyəm”, - onun Kostroma vilayət qubernatorunun mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

Mirzəyev yanğın zamanı həlak olanların yaxınlarına başsağlığı verib.

"Mən əməkdaşlarıma istintaq orqanlarına hər cür köməklik göstərməyi tapşırmışam”, - deyə o vurğulayıb.