"Bakı KOB Evi" istifadəyə veriləcək
05.11.2022
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Bakı KOB Evi"ni istifadəyə verməyə hazırlaşır.
"DM" xəbər verir ki, bunu "IT Academy"nin açılış mərasimində Agentliyin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.
"Orada işlər artıq yekunlaşmaq üzrədir", - deyə o, qeyd edib.
"KOBİA startaplara bir çox məsələlərdə dəstək verir. Məsələn, biz startap şəhadətnaməsi veririk və onun sahibləri 3 il müddətində vergi güzəşti qazanır. Startapların maliyyə dəstəyi alması da mümkündür. Gələcək fəaliyyətinizin genişlənməsi üçün KOBİA olaraq bütün gücümüzü səfərbər etmişik" - deyə S.Hümbətov əlavə edib.