İsveç Türkiyəyə görə PKK/YPG ilə məsafə saxlayacağını açıqlayıb
05.11.2022
İsveç hökuməti PKK terror təşkilatının Suriyada qanadı olan YPG-dən və onun siyasi qolu PYD-dən uzaqlaşır.
"DM"xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib.
"Bu təşkilatlarla Aİ-nin terror siyahısında olan PKK arasında çox sıx əlaqə var ki, bu, bizim Türkiyə ilə münasibətlərimizə xələl gətirir. İsveç üçün bu təşkilatlarla məsafə saxlamaq vacibdir. Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik", - xarici işlər naziri vurğulayıb.
İsveçin Baş naziri Ulf Kristersson da ölkəsinin bu terrot təşkilatları ilə siyasi əlaqəsinin Türkiyə ilə münasibətlərə xələl gətirdiyini deyib.
"PKK-ya bu qədər yaxın olan təşkilatlarla siyasi iş birliyimiz olmamalıdır", - deyə o "TV4 Nyhetsmorgon"a açıqlamasında bildirib.