21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş prokuror: Ermənistanın vurduğu maddi ziyanın hesablanması davam etdirilir

05.11.2022

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 5-də Baş Prokurorluqda tədbir keçirilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

İlk olaraq Baş Prokurorluğun rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanları əməkdaşlarını və xalqımızı bayram münasibətilə təbrik edib.

Zəfər Gününün ikinci ildönümünün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Qarabağımıza qovuşduğumuz və uzun illər davam edən münaqişəyə ölkəmizin möhtəşəm Qələbəsi ilə nida qoyduğu, müasir tariximizdə ən əlamətdar və tarixi bir hadisə olaraq ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyi bildirilib.

Kamran Əliyev qeyd edib ki, xalqımızın, dövlətimizin qazandığı Zəfərin təməli ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası və ordu quruculuğunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən inamla reallaşdırılması olub.

Ölkə Başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirildiyi, arsenalının ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirildiyi, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırıldığı diqqətə çatdırılıb.

Bununla yanaşı, həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını işğal altında saxlamasının təsbit edildiyi qeyd edilib.
Xüsusi vurğulanmışdır ki, həm ordu quruculuğu, həm də balanslaşdırılmış effektiv xarici siyasət Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində parlaq qələbəsini təmin etmiş, siyasi-diplomatik yolla Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə belə atılmadan azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, Zəfərimiz ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaradıb.

Baş prokuror azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış”ın yüksək səviyyədə icrasına rəvac verdiyini bildirməklə ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng infrastruktur layihələrinin, strateji infrastruktur obyektlərinin açılışının, "ağıllı kənd” layihələrinin icrasının əzəli torpaqlarımızın dirçəldilməsinin təminatı olmaqla ölkəmizin gələcək onilliklər üçün dinamik tərəqqisini şərtləndirən strateji inkişaf konsepsiyasına müstəsna töhfə olduğunu diqqətə çatdırıb.

Tədbirdə hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı xalqımızla, dövlətimizlə bir cəbhədə dayanan prokurorluq orqanlarının üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, xüsusən döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini uğurla icra etdikləri qeyd edilib.

Kamran Əliyev bildirmişdir ki, hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlarda hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi məqsədilə yüksək şərait yaradılmış, növbətçilik əsasında fəaliyyət göstərilməsi üçün ayrılmış inzibati binalarda müasir maddi-texniki təchizat təmin edilib.

Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlərə görə təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri, həmçinin işğal nəticəsində ölkəmizə vurulmuş maddi ziyanın hesablanması istiqamətində müvafiq işlərin davam etdirildiyi qeyd edilib.
Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.