Alkoqoldan istifadə 40 faiz azalıb
16.10.2018
Rusiyada ötən 5 il ərzində alkoqoldan istifadə 40 faizdən çox, tütündən istifadə böyüklər arasında - 22 faiz, uşaqlar arasında isə 2,5 dəfə azalıb. Bu barədə Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bildirib.
Nazirin sözlərinə görə, rusiyalılar daha çox meyvə və tərəvəzə üstünlük veriblər. V.Skvortsova qeyd edib ki, görülən bütün tədbirlər nəticəsində kişilər arasında orta yaş həddi 72,7-yə, qadınlarda 77,6-ya çatdırılıb, ümumi ölüm halları azalıb, həmçinin Rusiya tarixində ana və uşaq ölümünün ən aşağı göstəricisi qeydə alınıb.