FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
05.11.2022
Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.