Azərbaycana səfəri təxirə düşən sədr İrəvana gedəcək
04.11.2022
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistana gedəcək.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat katibi bildirib.
O qeyd edib ki, Məhəmməd Baqir Qalibaf Ermənistana səfər dəvət olunub. O, konkret vaxtı açıqlamayıb.
Qeyd edək ki, Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb.