12 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Zəfər avtoyürüşü başa çatıb

04.11.2022

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.

"DM”-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Vüsal Nəsirli, nazirlik tərəfindən avtomobillərlə təmin edilən 44 Vətən müharibəsi qazisi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət olunub.

Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatıb.