Rusiya cəbhədə fərariləri güllələyir
04.11.2022
Rusiya öz fərarilərini vurmaq üçün baraj dəstələrindən istifadə edir.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
"Kreml döyüşmək istəməyən qoşunları üçün baraj bölmələri yerləşdirməyə başlayıb. Onlar geri çəkilən əsgərləri irəliləməyə məcbur etmək və tabe olmayanları güllələməklə hədələyir. Rusiya generalları komandirlərə fərarilərə qarşı silahdan istifadə etmələrinə, xəbərdarlıqdan sonra fərariləri öldürməyə icazə verir”, - məlumatda deyilir.