Yumurtaya və quş ətinə tələbat mövsümə uyğundur
16.10.2018
Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirib.
"Hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur".
Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirərkən deyib.
"Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır", - cəmiyyətin sədri qeyd edib.