İmran Xana qarşı sui-qəsd edilib
03.11.2022
Pakistanın Vəzirabad şəhəri yaxınlığında keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi etiraz yürüşü naməlum silahlı şəxs tərəfindən atəşə tutulub.
"DM" xəbər verir ki, bu barədə "Geo” kanalı məlumat yayıb.
Məlumata görə, atəş zamanı bir neçə nəfər yaralanıb. İmran Xan xəsarət almayıb.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb.