BVF Ermənistana 166 milyon ayıracaq
03.11.2022
Ermənistanla makroiqtisadi, fiskal və maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş iqtisadi proqramı dəstəkləmək üçün 165,6 milyon dollar ayrılacaq.
"DM" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun mətbuat xidmətindən məlumat yayıb.
"Saziş bu ilin dekabrında BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiqlənməlidir. Xarici gəlir, kapital və işçi qüvvəsi axını hesabına Ermənistanın 2022-ci ildə iqtisadi artımı 11% səviyyəsində proqnozlaşdırılır. Ermənistan valyutasının möhkəmlənməsi dövlət borcunun azalmasına səbəb olub ki, bu da 2022-ci ilin sonuna ÜDM-in 51%-ni təşkil edəcək. Ötən il bu rəqəm ÜDM-in 60,3 faizini təşkil edib. Gələn il iqtisadi artımın ləngiməsi gözlənilir ki, bu da ortamüddətli perspektivdə 4-5% səviyyəsində qalacaq”, -məlumatda deyilir.