Aqil Abbas: "Bu dərslikləri hazırlayanlar məsuliyyət DAŞIMALIDIRLAR".
16.10.2018
Parlamentin bu gün keçirilən plenar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı Aqil Abbas qeyd edib ki, dərsliklərdə çoxlu sayda zərərli informasiya var.
Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır. O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".
Onun sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır.