23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hərbçilərimizə NATO sertifikatı verilib

03.11.2022

Belçika Krallığının Mons şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində illik konfrans keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

NATO-nun müxtəlif qərargahlarından olan nümayəndələrin, eləcə də Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən konfransda ölkəmizin ƏİK proqramından geniş istifadə etdiyi və tərəfdaş dövlətlər arasında qabaqcıl təcrübəyə malik olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş "Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Axtarış Qrupu” NATO-nun ƏİK proqramı çərçivəsində Türkiyədə keçirilən "Dənizdə Qadağa Əməliyyatları” üzrə "2-ci səviyyəli özünüqiymətləndirmə təlimi”ndə (NEL-2) müvəffəqiyyətlə iştirak edərək "Döyüşə hazır” bölmə kimi qiymətləndirilib.

Uğurlu iştirakına görə hərbi qulluqçularımıza Alyansın səlahiyyətli nümayəndəsi tərəfindən "Döyüşə hazır” sertifikatı təqdim edilib.