21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazirdən benzinin qiyməti ilə bağlı açıqlama

03.11.2022

Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb.

"DM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır", - o qeyd edib.

"Hazırda inflyasiya fenomeni təkcə Azərbaycana xas amil deyil. Bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə son 40 ildə görülməyən yüksək inflyasiya göstəriciləri qeydə alınır", - nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəoikdən 80 qəpiyə qaldırılıb. "Aİ-95” və "Aİ-98” markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.