Yunanıstanın prezidenti və MN rəhbəri Kiyevə gəlib
03.11.2022
Yunanıstan Prezidenti Katerina Sakellaropulu və müdafiə naziri Nikos Panayotopulos noyabrın 3-də Kiyevə gəlib.
"DM" xəbər verir ki, bu barədə Yunanıstanın "Skay ” nəşri məlumat yayıb.
"Respublika Prezidenti Katerina Sakellaropulu Kiyevdədir və burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq”, - məlumatda bildirilib.
Eyni zamanda, Yunanıstanın Müdafiə Nazirliyinin rəhbərinin ukraynalı həmkarı Aleksey Reznikovla ikitərəfli görüşü də planlaşdırır.