Nazir: İsveçlə Finlandiya hələ Türkiyəyə terrorçu ekstradisiya etməyib
03.11.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri ilə terrorçuların ekstradisiya məsələsini müzakirə edəcək.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.
O qeyd edib ki, Türkiyənin terrorla mübarizəsini dəstəkləyəcək müsbət addımlar atsalar və silah embarqosu da daxil olmaqla sanksiyaları aradan qaldırsalar, İsveç və Finlandiyanın NATO-ya tam üzvlük prosesini yekunlaşdırmaq olar.
O, həmçinin, əlavə edib ki, indiyə qədər İsveç və Finlandiyanın terrorçuların ekstradisiyası ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur.