Güneylilər XTQ-nin təliminə bu cür dəstək verib
03.11.2022
Azərbaycan Ordusunun Araz sahilində hərbi təlimləri Güney Azərbaycanda sevinclə qarşılanıb.
"DM" xəbər verir ki, Təbrizin "Azərəncümən” xəbər saytı və Teleqram kanalında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi ilə bağlı məlumatı yayılıb.
"Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin komandanlığı altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib” - deyə, Təbriz saytı Azərbaycan MN-in məlumatını dərc edib.
Xəbərin şərh bölümündə yüzlərlə Güney azərbaycanlı Azərbaycan və fars dillərində yorum yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyib.
Güney azərbaycanlı internet və sosial media istifadəçiləri "Azərbaycan var olsun, istəməyən kor olsun”, "Azərbaycana canlar fəda”, "Yaşasın Azərbaycan əsgəri” və başqa bu kimi şərhlər yazıblar.