Donfrid: Biz Ukraynaya yalnız kömək edirik
03.11.2022
ABŞ şərtləri diktə etməyəcək və nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək.
"DM" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid deyib.
"Biz Ukraynanın qalib gəlməsini istəyirik. Bilirsiniz, tez-tez sual yaranır ki, qələbə nə deməkdir. Düşünmürəm ki, biz amerikalılar qələbənin nə demək olduğunu deməliyik. Bu, Ukraynanın müharibəsidir. Biz sizə kömək etmək üçün buradayıq”, - Donfrid bildirib.