21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya Xankəndiyə göndərdiyi milyarderlə bu mesajı verib

03.11.2022

Moskvadan Xankəndiyə köçən və separatçıların "baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardaynanın Rusiyanın "Kommersant” qəzetinə geniş müsahibəsi yayılıb. Müsahibə o qədər genişdir ki, məşhur "Kommersant” qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram.

"DM" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Ruben Vadyanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür:

Birincisi, Qarabağın "statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər;

İkincisi, rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır;

Üçüncüsü, iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır…

Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”, - politoloq bildirib.

E.şahinoğlu qeyd edib ki, Ruben Vardanyanın Xankəndiyə köçməsi Kremlin layihəsidir:

"Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: "Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”.

Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: "Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.

Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur. Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”.