Britaniya kəşfiyyatı: Rusiya gündə 40 tank və PDM itirir
03.11.2022
Rusiya ordusu gündə 40 tank və PDM itirir.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.
"Oktyabr ayında Ukraynanın hücumları qarşısında Rusiyanın zirehli texnika itkiləri sutkada 40-dan çox olub ki, bu da təxminən bir batalyonun döyüş qabiliyyətinə bərabərdir”, - paylaşımda qeyd edilib.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya son həftələrdə Belarus ehtiyatlarından ən azı 100 əlavə tank və PDM alıb.