İran milli valyutası tarixi minimuma düşüb
02.11.2022
İranın açıq bazarında dolların məzənnəsi bu gün 34 360 tümənə (343 600 rial) çatıb. Bu, İran milli valyutası üçün tarixi minimumdur.
"DM" bu barədə İran mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, sentyabrın sonunda İranda etirazlar başlamazdan əvvəl dolların məzənnəsi 30 min tümən idi. Ölkədə etiraz aksiyaları nəticəsində sabitliyin pozulması və bir çox iqtisadi müəssisələrin tətilə başlaması milli valyutaya ciddi təsir edib.