"Tərtər işi” üzrə mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib
02.11.2022
"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib.
"DM"-nın məlumatına görə, bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Belə ki, "Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.
Bildirilib ki, Gəncə Hərbi Məhkəməsində 11 nəfərin hazırlıq iclasına baxılacaq.