Ukraynadan xəbər verən Mübariz Aslanovun efiri yarımçıq kəsilib - VİDEO
02.11.2022
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə əvvəlki günlərə nisbətən gərginlik azdır.
Qeyd edilib ki, ötən gecə daha çox Poltava və Nikolayev vilayətləri raket və dron hücumlarına məruz qalıblar.
"Təkcə Nikolayev vilayətində altı İran kamikadze dronu məhv edilib”, - deyə o əlavə edib.
Canlı yayım zamanı M.Aslanovun çıxışına müdaxilə edilib. Bu səbəbdən jurnalist yayımı dayandırmalı olub.
Ətraflı videonu təqdim edirik: