İranda aksiyalarda öldürülənlərin sayı açıqlanıb
02.11.2022
İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.
"DM" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, 17 sentyabrdan 1 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 288 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Həmçinin 14 161 nəfər həbs edilib.