21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Badamdarda “Şəhidlər” abidə kompleksinin açılışı olub

02.11.2022

Bakının Səbail rayonunda Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-guşəsi əks olunan "Şəhidlər” abidə kompleksinin açılışı olub.

"DM" xəbər verir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayonu şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən "Şəhidlər” abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai, Aqil Abbas, rayon İcra Hakimiyyəti başçısının (RİHB) müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon İcra Hakimiyyəti başçısı Aparatının (RİHBA) məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Mərasim zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən səbailli döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibəsi zamanı qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açılıb.

Qeyd olunub ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorlarının ifasında "Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mərasimdə iştirak edən şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edilib ki, cari ilin 2-ci yarısında abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq yeni layihə və memarlıq-arxitektura üslubunda yenidən qurulması ilə bağlı qərar qəbul olunub. Ümumi sahəsi 500 kv.m. olan kompleksdə 8.5 metr hündürlüyündə təbii mərmərdən inşa olunan abidədə Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-güşəsi yaradılmış, 100 kv.m. sahədə qranit daş döşəmə örtüyü salınmış, yeni işıqlandırma sistemləri quraşdırılıb.

Eyni zamanda kompleks ətrafında yeni park salınmış, burada yeni oturacaqlar quraşdırılmış, həmişəyaşıl ağaclar və gül kolları əkilib.