DTX-nin əməliyyatı zamanı nazir harada olub?
02.11.2022
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
"DM" Unikal.org-a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.
A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.
O bildirib ki, nazir hazırda iş başındadır.