21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır

02.11.2022

"Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır.

"DM" xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

İlk baxış iclası bu günə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin plenumunda "Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Bildirilib ki, plenumda baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.