Şimali Koreya müxtəlif növ 10 raket buraxıb
02.11.2022
Şimali Koreya çərşənbə günü Yapon dənizi istiqamətinə azı 10 ədəd müxtəlif növ raket buraxıb.
Bu barədə "Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Raketlərin növləri haqqında tam məlumat verilmir.
Bundan əvvəl KXDR-in Yapon dənizinə doğru üç yaxınmənzilli ballistik raket atdığı barədə məlumat yayılıb.
Üç raketdən biri ilk olaraq Seulun de-fakto sərhədi hesab etdiyi şimal sərhəd xəttinin cənubunda, Koreya Respublikasının ərazi sularının yaxınlığına düşüb.
Koreya Respublikasının qərargah rəisləri komitəsi bu cür hərəkətləri qəbuledilməz adlandırıb.
Raketlərin atılması ilə bağlı xəbərlərdən sonra Cənubi Koreya prezidenti Yun Sok-Yol Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Daha sonra prezidentin ofisi məlumat verib ki, o, KXDR-in "təxribatlarının əvəzini ödəməsi” üçün tədbirlər görülməsi barədə göstəriş verib.
Mənbə: TASS