21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məhərrəm Əliyev Naxçıvana gedib

01.11.2022

Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkov­nik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

"DM"-nın xəbərinə görə, Məhərrəm Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoymuş, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla keçirilmiş görüşdə Muxtar Respublikada daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilmiş və məruzələr dinlənilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılmışdır.

Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilmişdir. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilmiş və hədiyyələr təqdim olunmuşdur.