İrəvan generalı həbsdə saxladı
16.10.2018
İrəvan məhkəməsi Ermənistan parlamentinin eks-deputatı Manvel Qriqoryanın həbs müddətini 2 ay uzadıb.
"Dövran Media" xəbər verir ki, bunu "Sputnik Ermənistan”a açıqlamasında Qriqoryanın vəkili Arsen Mkrtçyan söyləyib. O, məhkəmənin Qriqroyanın sağlığı ilə bağlı edilən şikayətləri qəbul etmədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı cinayətkar generalın növbədənkənar parlament seçkisindən sonra azadlığa buraxılacağı haqqında məlumat yaymışdı.
Qriqoryan mənimsəmə və qanunsuz silah saxlama maddəsinə görə həbsdə saxlanılır.