Rəisi:Paşinyanla bu qənaətə gəldik
01.11.2022
Qafqaz regionu İran tarixinin, sivilizasiyasının və mədəniyyətinin bir hissəsidir, biz Qafqaz regionuna həssas yanaşırıq.
"DM" xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Qafqazda təhlükəsizlik və sülh İran üçün çox önəmlidir. Bugünkü danışıqlarda belə qənaətə gəldik ki, regional məsələlərin həlli region ölkələrinin əlində olmalıdır və xaricilərin müdaxiləsi nəinki problemləri həll etmir, həm də digər çətinliklər yaradır. Qafqazın imkanları bu regionda təhlükəsizliyə və sülhə zəmanət verə bilər. Ümid edirik ki, bu görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılacaq”, - Rəisi bildirib.