İran Ermənistanı bu “dəhliz”ə qoşmaq üçün çalışır
01.11.2022
İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qonel Sanusyan arasında Tehranda görüş keçirilib.
"DM" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
"Qərara alınıb ki, İran şirkətləri Ermənistanda tunellər, yollar və bina tikintisi sahəsində əməkdaşlıq etsinlər. Həmçinin, Nurduz sərhəd məntəqəsindən Vərziqan və Təbrizə qədər Şimal-Cənub dəhlizinin tamamlanması və inkişafı razılaşdırılıb. Müzakirələrdə İran şirkətləri tərəfindən Ermənistan ərazisində 7,2 km uzunluğunda Qacaran tunelinin tikintisinə 2023-cü ilin yazında başlamaq barədə razılıq əldə olunub”, - məlumatda bildirilib.
İranın həm Ermənistanda, həm də İran ərazisində Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində aktiv iştirakı da razılaşdırılıb.
Dəhlizin tikintisilə bağlı maliyyə məsələləri və vəsaitlərin necə təmin olunması barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, İran Fars körfəzindən Qara dənizə "dəhliz” açmaq iddiasını ortaya qoyub