Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib
01.11.2022
Serbiya Silahlı Qüvvələri Kosova və Metohiyadakı vəziyyətə görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
"DM" xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç məlumat yayıb.
"Respublikanın Prezidenti Ali Baş Komandan kimi Serbiya ordusuna hazır olmağı, istənilən tapşırığa cavab verməyə, döyüş hazırlığının səviyyəsini yüksəltməyi əmr edib”, - nazir bildirib.
Nazir qeyd edib ki, heç kim müharibə istəmir, lakin ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır.