“Əliyevə başqa çıxış yolu qoymadılar”
01.11.2022
"Qarabağ ətrafındakı vəziyyətdə Azərbaycan Prezidentinin başqa çıxış yolu qalmadı”.
Bu barədə bu gün - noyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşündə deyib.
Belarus lideri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə suala niyə belə kəskin reaksiya verdiyini və ölkəsinin mövqeyinin nəyə əsaslandığını görüşdə açıqlayıb:
"Vaxtilə biz növbəti dəfə KTMT-yə sədrlik edəndə mən bu məsələni qaldırdım. İlham Əliyevin yanına getdim, onunla danışdım. Dostcasına danışdım. Mən ona zarafatyana belə bir sual verdim: "İlham Heydər oğlu, əgər razılaşsanız, Ermənistana kömək edərdik”.
Söhbət Ermənistanın işğal etdiyi rayonlardan gedirdi. Ermənilər etiraf etdilər ki, bu, bizim yox, Azərbaycanın torpaqlarıdır. Elədisə, onda onları qaytarın! Əgər mən bunu deyəndə o rayonları qaytarsaydılar, bu müharibə də olmazdı. Onda nə Serj Sarqsyan, nə də sonra Nikol Paşinyan buna razı olmadılar. Mən iki dəfə bu məsələni qaldırmışam”.
Lukaşenko hesab edir ki, Əliyevin "güc tətbiq etməkdən başqa yolu qalmadı”.
Mənbə: Eadaily.com