21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşada DOST Agentliyinin yeni mərkəzi açılacaq

01.11.2022

Gələn ilin yanvarında Şuşada DOST Agentliyinin yeni mərkəzi açılacaq.

"DM" xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Palata hesab edir ki, DOST Agentliyinə ayrılan vəsaitin həcminin artırılması fonunda Fondun saxlanılması üzrə xərclərdə də artımların baş verməsi Fond və DOST Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinin optimallaşdırılmaqla daha effektiv müstəvi üzərində formalaşdırılmasına zərurət var.

Cari ilin büdcəsinə dair qanunda olduğu kimi, Fondun növbəti il üzrə büdcəsinə dair Layihədə də DOST Agentliyinə köçürələcək vəsait ilə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci eyni bölmədə verilib. Növbəti ildə bu istiqamətdə xərc ediləcək vəsait 60,5 mln. manat həddində müəyyənləşdirilmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən, eləcə də ilin sonuna gözlənilən icradan 10,5 mln. manat və ya 21% çoxdur.

Layihə ilə birlikdə təqdim edilmiş İzahata əsasən növbəti ildə "DOST” Agentliyinə köçürüləcək vəsait 35,0 mln. manat olaraq proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 16,7% (5 mln. manat) çoxdur. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarından formalaşan gəlir hesabına olmaqla DOST Agentliyinə köçürülən vəsait əvvəlki illərdən başlayaraq artım tempinə malikdir.

Təqdim edilən məlumatda DOST Agentliyi üzrə xərclərin artımı 2023-cü ilin yanvar ayında Şuşa şəhərində, iyul ayında Ağcabədi, Yevlax, Neftçala, Beyləqan rayonlarında və Şirvan şəhərində, dekabr ayında isə Quba, Sabirabad, Gəncə, Ağdam, İmişli, Saatlı, Şabran, Siyəzən rayonlarında və Sumqayıt şəhərində yeni mərkəzlərin açılmasının nəzərdə tutulması ilə əlaqələndirilib.