Gələn il bu proseslərə görə 48 milyon manat xərclənəcək
01.11.2022
Növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48 milyon manat vəsaitin xərclənməsi proqnozlaşdırılıb.
"DM"-nın xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, bu da cari ilin proqnoz göstəricisindən 0,9 mln. manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur.
Təqdim olunmuş məlumatlara əsasən cari ilin sonuna müvafiq bölmə üzrə 22,3 min sığortaolunana ümumilikdə 44,0 mln. manat məbləğində müavinətin ödəniləcəyi gözlənilir.