Pompeo Türkiyəyə gəlir - SƏBƏB
16.10.2018
ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcək.
"Dövran Media" xəbər verir ki, səfərin oktyabrın 17-də baş tutacağı barədə yerli KİV-lərdə qeyd edilib.
Səfər çərçivəsində Pompeonun Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir. Onların bir sıra məsələlərlə yanaşı, səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı məsələni müzakirə edəcəkləri gözlənilir.