Akar Ukrayna nazirləri ilə taxıl daşınmasını müzakirə edib
01.11.2022
Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.
"DM" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışıqlarında "Taxıl daşınması” ilə bağlı hazırkı vəziyyət müzakirə edilib.
Akar Qara dəniz dəhlizinin quru yolundan daha təhlükəsiz, sürətli və əlverişli olduğunu, tamamilə humanitar fəaliyyət olan taxıl daşınmasının münaqişə şərtlərindən ayrı tutulmasının vacibliyini vurğulayıb.